Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - İQTİSADİYYAT NAZİRLİYİNDƏ NAXÇIVAN MUXTAR RESPUBLİKASININ 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

X Ə B Ə R L Ə R

İQTİSADİYYAT NAZİRLİYİNDƏ NAXÇIVAN MUXTAR RESPUBLİKASININ 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

22.04.2024

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, həmçinin müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları, tələbələr iştirak ediblər.

Tədbirdə Azərbaycanın ictimai-siyasi, elmi-mədəni həyatında xüsusi rolu olan Naxçıvanın yüksəlişində və tərəqqiyə qovuşmasında Ulu öndərin müstəsna xidmətlərindən bəhs olunub. Qeyd edilib ki, muxtar respublikanın iqtisadiyyatının inkişafında və sosial-mədəni həyatında əsaslı dönüş mərhələsi Ümumilli Liderin adı ilə bağlıdır. Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində qədim Azərbaycan torpağı olan Naxçıvan qabaqcıl sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət mərkəzinə çevrilib. Naxçıvanın sənayeləşdirilməsi ilə 1969-1987-ci illər ərzində 21 iri sənaye müəssisəsi istifadəyə verilib, bir neçə sənaye müəssisəsi əsaslı surətdə yenidən qurulub.

Vurğulanıb ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvanda genişmiqyaslı tədbirlər davam etdirilir, sistemli quruculuq işləri, o cümlədən mühüm infrastruktur layihələri icra olunur, yeni müəssisələr və iş yerləri açılır.

Naxçıvanın iqtisadi potensialdan səmərəli istifadə, biznes mühitinin daha da təkmilləşdirilməsi əsas prioritetlərdəndir. Blokada şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, son illərdə Naxçıvanda istehsalın diversifikasiyası, ixracın artması, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində önəmli işlər görülür. Muxtar respublikada istehsal olunan qida sənayesi, tikinti və mebel məhsulları 10-dan çox ölkəyə ixrac edilir.

Sonda tədbir iştirakçıları Naxçıvanın müxtəlif tarixi mərhələlərini əks etdirən foto-sərgi ilə tanış olublar.