NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İQTISADİYYAT NAZİRLİYİNİN KOLLEKTİVİ ŞƏHİD MƏZARLARINI ZİYARƏT EDİB
27.09.2024
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından dörd il ötür. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Anım Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq onların məzarlarını ziyarət edib, məzarları önünə gül dəstələri qoyublar.
Baxılıb: 61