Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - “ACWA POWER” ŞİRKƏTİNİN İDARƏ HEYƏTİNİN SƏDRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

“ACWA POWER” ŞİRKƏTİNİN İDARƏ HEYƏTİNİN SƏDRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

01.03.2024

İqtisadiyyat Nazirliyində “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri ilə görüşdə  Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası layihəsinin icra vəziyyəti, dəniz suyunun duzsuzlaşdırılması və digər layihələrdə potensial əməkdaşlıq müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abunayyanla görüşüb.

Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadiyyatın bütün sahələrində, xüsusilə də bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndiyi vurğulanıb. “Yaşıl” enerjiyə keçidin təmin edilməsi istiqamətində hədəflərimizin reallaşmasında bu ölkədən olan investorlarla işbirliyinin əhəmiyyətli rolu olduğu qeyd edilib. “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının inşası ilə bağlı həyata keçirilən layihə əməkdaşlığımızın əhəmiyyətli nümunəsi kimi dəyərləndirilib.

Tərəflər bərpa olunan enerji sahəsində birgə təşəbbüslər, Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası layihəsinin icra vəziyyəti, dəniz suyunun duzsuzlaşdırılması və digər layihələrdə potensial əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Baxılıb: 143