Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - TEXNİKİ SƏNƏDLƏRİN HAZIRLANMASI İLƏ BAĞLI DAXİL OLMUŞ MÜRACİƏTLƏR OPERATİV İCRA EDİLİB

TEXNİKİ SƏNƏDLƏRİN HAZIRLANMASI İLƏ BAĞLI DAXİL OLMUŞ MÜRACİƏTLƏR OPERATİV İCRA EDİLİB

09.06.2022

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən ötən ay ərzində texniki sənədlərin hazırlanması ilə bağlı daxil olmuş müraciətlər operativ baxılaraq icra edilib.

Ay ərzində 21 fərdi yaşayış evinə, 1 mənzilə məxsus olmaqla, 22 texniki pasport hazırlanıb, 48 torpaq sahəsinin planı və ölçüsü tərtib edilib. 14 bölgü planı hazırlanaraq arxiv sənədlərinə əlavə olunub. 34 müayinə aktı yazılıb.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün 76 müraciət daxil olub, məhdudiyyət və yüklülüyə dair 45, əmlakın olub-olmamasına dair 15 arayış, 16 torpaq sahəsinə dair rəy verilib.

Babək rayonu üzrə kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranmış hüquqlara dair məlumatların daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilməsi başa çatdırılıb.

Rayonunun Nəzərabad və Badaşqan kəndlərində səyyar xidmət qrupu tərəfindən vətəndaşlara səyyar xidmət göstərilib.

Baxılıb: 369