Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN “YERQURULUŞU VƏ KADASTR” KABİNƏSİNDƏ AÇIQ DƏRS KEÇİRİLİB

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN “YERQURULUŞU VƏ KADASTR” KABİNƏSİNDƏ AÇIQ DƏRS KEÇİRİLİB

31.05.2022

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı sərəncamlarına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin “Yerquruluşu və kadastr” kabinəsində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti ilə virtual əlaqə təmin edilərək Xidmətin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrə ArcGIS proqramı vasitəsilə müxtəlif məzmunlu və təyinatlı xəritələrin hazırlanması ilə bağlı açıq dərs keçirilib.

Xidmətin Hüquqi ekspertiza və daşınmaz əmlakın dövlət reyestri sektorunun müdiri Hikmət Orucov ArcGIS proqramından istifadə etməklə müxtəlif məzmunlu və təyinatlı xəritələrin hazırlanması zamanı müasir geodeziya avadanlıqları vasitəsilə çöl şəraitində aparılmış ölçmə materialları və kameral şəraitdə kosmik şəkillərdən, ortofotolardan və digər məlumatlardan istifadə edilməsi, müasir dövrdə daha çox ehtiyac duyulan və istifadə edilən 3D xəritələrin hazırlanması qaydaları ilə bağlı məlumat verib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Baxılıb: 277