Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - FÖVQƏLADƏ HALLARA HAZIRLIQLA BAĞLI MААRIFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

FÖVQƏLADƏ HALLARA HAZIRLIQLA BAĞLI MААRIFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

31.03.2022

30 mart 2022-ci il tarixdə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində Naxçıvan Muxtar Respublikası Fövqəlаdə Hаllаr Nаzirliyi ilə birgə fövqəladə hallara hazırlıqla bağlı təhlükəsizlik tədbirləri barədə maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin şöbə müdiri Ruslan Rüstəmov açaraq keçirilən tədbirin işçilərin fövqəladə hallara hazırlığı ilə bağlı müəyyən olunmuş qaydalara əməl etməsi, yanğın təhlükəsizliyi ilə bağlı bilik və bacarıqlarının artırılmasında mühüm rol oynadığını vurğulayıb.

Fövqəlаdə Hаllаr Nazirliyi Aparatının Mülki müdafiə işinin təşkili şöbəsinin bölmə rəisi Vüqar Məmmədov “Naxçıvan Muxtar Respublikası ərazisində ehtimal olunan təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində yaradılmış mülki müdafiə qüvvələrinin fəaliyyəti” və həmin şöbənin baş məsləhətçisi Əbülfəz Qafarov “Məişətdə və iş yerlərində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır” mövzularnda çıxış edərək iştirakçılara ətraflı məlumat veriblər.

Baxılıb: 259