Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”ndə dəyişikliklər edilməsi barədə NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN FƏRMANI

“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”ndə dəyişikliklər edilməsi barədə NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN FƏRMANI

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 16 iyul tarixli 158-IV FR nömrəli

Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən  çıxarışın təsviri”ndə dəyişikliklər edilməsi barədə 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin

F Ə R M A N I

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 16 iyul tarixli 158-IV FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 2.2.6-1-ci və 2.2.6-2-ci yarımbəndlər əlavə edilsin:

“2.2.6-1. yüklü edilən əmlakın (əmlak hissəsinin) ölçüsü (torpaq sahəsinin ölçüsü hektarla, digər daşınmaz əmlakın ölçüsü kvadratmetrlə);

2.2.6-2. yüklü edilən torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı);”.

2. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”nin 2 nömrəli əlavəsinə “Yüklü edilən əmlakın (əmlak hissəsinin) növü və ünvanı” sətrindən sonra aşağıdakı sətirlər əlavə edilsin:

“Yüklü edilən əmlakın (əmlak hissəsinin) ölçüsü (torpaq sahəsinin ölçüsü hektarla, digər daşınmaz əmlakın ölçüsü kvadratmetrlə)

Yüklü edilən torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı)”.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri  VASİF TALIBOV

Naxçıvan şəhəri, 28 mart 2017-ci il

№ 55-V FR