21.08.2025

Avqustun 21-də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Babək rayonunda vətəndaş qəbulu keçirib.
Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Sonra 3 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzində qəbula gələn vətəndaşlar əmlak, vergi, nəqliyyat-logistika sahəsində fəaliyyət və işə qəbul məsələləri ilə bağlı müraciət ediblər.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahatlar verilib, digər qurumların səlahiyyətlərinə aid olan məsələlər baxılması üçün həmin qurumlara göndərilməsi məqsədilə qeydiyyata alınıb.



