Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVANDA DAŞINMAZ ƏMLAKLA BAĞLI ELEKTRON MÜRACİƏTLƏRİN SAYI 15,5 FAİZ ARTIB

X Ə B Ə R L Ə R

NAXÇIVANDA DAŞINMAZ ƏMLAKLA BAĞLI ELEKTRON MÜRACİƏTLƏRİN SAYI 15,5 FAİZ ARTIB

14.08.2025

Naxçıvanda daşınmaz əmlakla bağlı xidmətlərin elektronlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilib.

2025-ci ilin 7 ayında vətəndaşlardan sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən Xidmətə 3624 elektron müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz çoxdur.