Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NAXÇIVANDA “HƏRRACLARIN TƏŞKİLİ MƏRKƏZİ” ÜÇÜN MÜASİR İNFRASTRUKTUR QURULUR

X Ə B Ə R L Ə R

NAXÇIVANDA “HƏRRACLARIN TƏŞKİLİ MƏRKƏZİ” ÜÇÜN MÜASİR İNFRASTRUKTUR QURULUR

10.12.2024

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin verdiyi məlumata əsasən, Nazirliyin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs üçün müasir infrastrukturun qurulmasına başlanılıb.

Mərkəz hərrac və müsabiqələrlə yanaşı, elektron hərracların təşkili və keçirilməsi üçün ən son texnoloji avadanlıqlarla təchiz olunacaq.

Elektron Hərrac Sisteminin muxtar respublikada tətbiqi hərraclarda iştirak üçün müraciətlərin elekton qəbuluna, beh ödənişlərinin elekton yolla həyata keçirilməsinə, vətəndaşların uzaq məsafə qət etmədən hərraclarda onlayn iştirakına şərait yaradacaq.

Bu isə hərracların keçirilməsi prosesində operativliyin və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edəcəkdir.