Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - AZƏRBAYCAN RESPUBLİKASI EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRİ MUXTAR BABAYEV NAXÇIVAN MUXTAR RESPUBLİKASINA SƏFƏRDƏDİR

AZƏRBAYCAN RESPUBLİKASI EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRİ MUXTAR BABAYEV NAXÇIVAN MUXTAR RESPUBLİKASINA SƏFƏRDƏDİR

Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, COP 29-un müəyyən edilmiş prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər. 

Daha sonra səlahiyyətli nümayəndə Fuad Nəcəfli  və Muxtar Babayev Nazirliyin əməkdaşları ilə görüşüb Nazirliyin maddi-texniki bazası ilə tanış olublar.