04.07.2025

Sahibkarlıq subyektləri tərəfindən şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə tam riayət olunmadan tikilən qeyri-yaşayış təyinatlı binaların iqtisadi dövriyyəyə cəlb edilməsi məqsədi ilə ölkə başçısının “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanı ölkəmizdə, o cümlədən muxtar respublikamızda daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni imkanlar açıb.
Fərmanın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti muxtar respublika ərazisində sifarişçilərin müraciətləri əsasında istismarına icazə verilmiş obyektlərə mülkiyyət sənədlərinin verilməsini davam etdirir. Cari ilin ötən dövründə Xidmət tərəfindən ümumilikdə 28 belə obyektə dair mülkiyyət hüququnu təsdiq edən sənəd verilib.
Ardını oxu »
04.07.2025

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın 10 bələdiyyəsinə məxsus 8 torpaq sahəsinin mülkiyyətə, 5 torpaq sahəsinin isə icarəyə verilməsi ilə bağlı hərrac keçirilib.
Rəqabətli keçən hərrac prosesində qeydiyyatdan keçən 26 sifarişçi iştirak edib. Nəticədə hərraca çıxarılan 8 torpaq sahəsi mülkiyyətə, 5 torpaq sahəsi isə icarəyə verilib. 13 sahibkar hərracın qalibi olub.
Ardını oxu »
01.07.2025

İqtisadiyyat Nazirliyində keçirilmiş tədbirdə Özbəkistanla sənaye, tikinti, istehsal, infrastrukturun təkmilləşdirilməsi kimi sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb.
Azərbaycanda səfərdə olan Özbəkistan biznes nümayəndələri ilə görüş çərçivəsində iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb. Bununla əlaqədar İqtisadiyyat Nazirliyində keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri iştirak ediblər.
Ardını oxu »
01.07.2025

Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla görüşdə birgə layihələrin və qarşılıqlı investisiyaların təşviq barədə müzakirələr aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla görüşündə ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verildiyi vurğulanıb. Qeyd edilib ki, dövlət başçılarının səfərləri, keçirilən yüksək səviyyəli görüşlər strateji tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə, qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafına təkan verib.
Ardını oxu »
26.06.2025

26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və tabeliyindəki qurumların nümayəndələri şəhid ailələrini ziyarət edib.
Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında keçirilən görüşlər zamanı şəhidlərimizin əziz xatirəsi böyük hörmət və ehtiramla yad edilib. Ali Baş Komandanımızın rəhbərliyi ilə aparılan uğurlu hərbi əməliyyatlarda iştirak etmiş və tarixi Zəfərə imza atmış şəhidlərimizin və qazilərimizin keçdiyi rəşadətli döyüş yolundan ətraflı bəhs olunub.
Qeyd edilib ki, ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə öz canından keçərək şəhidliyə ucalan qəhrəman Vətən övladlarının xatirəsi daim əziz tutulacaqdır.
Görüşlərdə şəhidlərimizin ailə üzvləri onlarla bağlı xatirələrini bölüşüblər.
Ardını oxu »
25.06.2025

İyulun 25-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən dövlət mülkiyyətində olan 6 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçiriləcək.
Hərraca çıxarılan minik nəqliyyat vasitələri üçün sifarişlər Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 06 ünvanında yerləşən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında qəbul olunur.
Hərracla bağlı daha ətraflı məlumatı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (emlak.nakhchivan.az/) və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin (http://auksion.nmr.az/) rəsmi saytlarından əldə etmək olar.
Ardını oxu »