Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Naxçıvan Muxtar Respublikasının bəzi mərkəzi icra hakimiyyəti orqanlarının yenidən təşkil edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

Naxçıvan Muxtar Respublikasının bəzi mərkəzi icra hakimiyyəti orqanlarının yenidən təşkil edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

Category: FƏRMANLAR Published: Thursday, 09 January 2020 Super User tərəfindən

Naxçıvan Muxtar Respublikasının bəzi mərkəzi icra

hakimiyyəti orqanlarının yenidən təşkil edilməsi barədə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin

Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq dövlət orqanlarında müvafiq struktur dəyişikliklərinin aparılması məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Dövlət Vergi Xidmətinə çevrilsin.

2. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə çevrilsin.

3. Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə çevrilsin.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

4.1. bu Fərmanın 1-3-cü hissələri ilə yaradılmış mərkəzi icra hakimiyyəti orqanlarının əsasnamələrinin layihələrini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Vasif TALIBOV

Naxçıvan şəhəri, 7 yanvar 2020-ci il

Baxılıb: 341