Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq

Məsələləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin

Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 6-cı bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasında dövlət idarə-etmə strukturunu təkmilləşdirmək məqsədi ilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsasında Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakvə Torpaq Məsələləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin layihəsini, strukturu və işçilərin say tərkibi barədə təkliflərini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;

2.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  Vasif Talıbov

Naxçıvan şəhəri, 19 may 2015-ci il.

№  295 - 04/S