Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti - SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏ NAXÇIVAN ŞƏHƏRİNDƏ 4 SAYLI SEÇKİ DAİRƏSİNİN 32 SAYLI SEÇKİ MƏNTƏQƏSİNDƏ SƏS VERİB

SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏ NAXÇIVAN ŞƏHƏRİNDƏ 4 SAYLI SEÇKİ DAİRƏSİNİN 32 SAYLI SEÇKİ MƏNTƏQƏSİNDƏ SƏS VERİB

Fevralın 7-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Naxçıvan Dövlət Texniki Kollecində yerləşən 32 saylı seçki məntəqəsində səs verib.

Məntəqədə çoxsaylı müşahidəçilər səsvermə prosesini izləyiblər.

Səlahiyyətli nümayəndə komissiyanın işinə uğurlar arzulayıb.

Qeyd edək ki, bu seçkilər ilk dəfə olaraq ölkəmizin bütün suveren ərazisində keçirilir.