Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi - SƏYYAR XİDMƏTLƏR VƏTƏNDAŞLARIN RAHATLIĞINI TƏMİN EDİR

X Ə B Ə R L Ə R

SƏYYAR XİDMƏTLƏR VƏTƏNDAŞLARIN RAHATLIĞINI TƏMİN EDİR

13.10.2020

Xidmətin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara göstərilən səyyar xidmətlər mütəşəkkil qaydada davam etdirilir.

Təsdiq olunmuş qrafik əsasında Xidmətin səyyar xidmət qrupu tərəfindən  2020-ci ilin 9 ayı ərzində Şərur rayonunun 16 yaşayış məntəqəsində 199, Ordubad rayonunun 15 yaşayış məntəqəsində 61, Babək rayonunun 15 yaşayış məntəqəsində 51, Şahbuz rayonunun 8 yaşayış məntəqəsində 26, Culfa rayonunun 8 yaşayış məntəqəsində  24 müraciət olmaqla, muxtar respublika üzrə 62 yaşayış məntəqəsində 361 müraciət qəbul edilmiş və müvafiq qaydada icra olunmuşdur.

Qeyd edək ki, səyyar xidmət zamanı vətəndaşlara daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqlarla bağlı verilmiş mülkiyyət sənədlərinin - torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, dövlət aktlarının, qeydiyyat vəsiqələrinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi, daşınmaz əmlak barəsində notariat qaydasında

təsdiq edilmiş müqavilələr və vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında hüquqların qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlaklara məhdudiyyət və yüklülüyə dair arayışların verilməsi, daşınmaz əmlakın texniki pasportunun və torpaq sahəsinin plan-ölçüsünün hazırlanması, ailə təsərrüfatlarına məxsus daşınmaz əmlak obyektlərinin pasportlaşdırılması üçün sənədlərin qəbulu aparılır. Eyni zamanda vətəndaşlara mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, daşınmaz əmlakla bağlı əməliyyatların aparılması, qeydiyyat üçün tələb olunan sənədlərdəki çatışmazlıqların aradan qaldırılması yolları ilə bağlı hüquqi yardım göstərilir.