Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi - HAZIRLANMIŞ TEXNİKİ SƏNƏDLƏRİN SAYI ARTIB

X Ə B Ə R L Ə R

HAZIRLANMIŞ TEXNİKİ SƏNƏDLƏRİN SAYI ARTIB

13.10.2020

2020-ci ilin 9 ayı ərzində Xidmətin müvafiq sektoru və yerli idarələri tərəfindən hazırlanmış 4666 texniki sənədin parametrləri Milli Qeydiyyat Sisteminə daxil edilmişdir.

Daxil olmuş müraciətlər əsasında 1295-i müxtəlif növ əmlaklar üçün texniki pasport, 2532-i isə torpaq sahələri üçün plan-ölçü olmaqla, 3827 texniki sənəd hazırlanmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,7% çoxdur.

Dövlət qeydiyyatına alınacaq əmlaklara texniki sənədlərin hazırlanması məqsədilə 1393 əmlaka yerində baxış keçirilərək müayinə aktı tərtib edilmişdir. Əmlakların bölünməsi və birləşməsi zamanı əməliyyatların natura və kameral şəraitdə düzgün aparılmasına nəzarətin təşkili məqsədi ilə 315 əmlaka bölünmə və birləşmə planı tərtib olunmuş, bölünmə və birləşmələr maraqlı tərəflərin iştirakı ilə yerlərdə mərz nişanları bərkidilməklə icra olunmuşdur.

Əmlakların real bazar dəyərinə uyğun qiymətləndirilməsi ilə əlaqədar daxil olmuş müraciətlərə əsasən 242 əmlak qiymətləndirilmiş, müvafiq hesabat və rəylər tərtib olunaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Hesabat dövrü ərzində 1433 əmlakın bazar dəyəri məlumat bazasına daxil edilmişdir.