Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi - DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI ARTIB

X Ə B Ə R L Ə R

DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI ARTIB

12.10.2020

Vətəndaşların daşınmaz əmlak üzərindəki hüquqlarının dövlət reyestrində qeydiyyata alınması zamanı göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi 2020-ci ilin 9 ayı ərzində diqqətdə saxlanılıb.

Qeyd olunan dövr  ərzində Naxçıvan şəhəri üzrə 1784,  Şərur rayonu üzrə 1022,  Babək rayonu üzrə 1060, Culfa rayonu üzrə 296,  Ordubad rayonu üzrə 272,  Şahbuz rayonu üzrə 218, Kəngərli rayonu üzrə 134, Sədərək rayonu üzrə 31daşınmaz əmlak obyekti, ümumilikdə muxtar respublika üzrə 4817 daşınmaz əmlak obyekti qeydiyyata alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınan daşınmaz əmlak obyektlərinin sayı 12,5% artıb.

Qeydiyyata alınan daşınmaz əmlak bölmələr üzrə 2294 torpaq sahəsi, 812 mənzil, 1616 fərdi yaşayış evi, 34 qeyri-yaşayış binası, 48 qeyri-yaşayış sahəsi, 12 əmlak kompleksi kimi müəssisə, 1 çoxmənzilli yaşayış binasından ibarət olub. Ümumi qeydiyyat sayında torpaq sahələrinin payı ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksəlib.

Cari ilin ötən dövründədə 12 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, 91 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 32 ailə təsərrüfatının icarəsinə verilmiş 6,65 ha torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.